Tanış olun: Beren Saat
Bizi izləyin

Digər

Tanış olun: Beren Saat

Kimdi Beren Saat?


"Aşkı Memnu" serialının Bihtəri, günümüzün Fatmagülü və son bir neçə ildə haqqında ən çox danışılan aktrisalardan biri...
Beren Saat ilk dəfə "Altın Kələbək" mükafatlarına layiq görülən türk serial və kino aktrisasıdı.

Karyerası boyunca tamaşaçı qarşısına ən müxtəlif rollarla çıxsa da, onların ürəyini "Aşkı Memnu" serialındakı Bihter Ziyagil və "Fatmagülün suçu nə?" serialındakı Fatmagül obrazlarıyla fəth edib.

Tərcümeyi-hal

Beren Saat, 26 fevral 1984-cü ildə Ankarada idmançı ailəsində doğulub, bir qardaşı var. Məktəbi bitirdikdən sonra atasının istəyi ilə Ankaradakı Başkent universitetinin iqtisad fakultəsinə daxil olub. Universitetdə təhsil ala-ala sevgilisi Efenin köməyi ilə "Türkiyənin ulduzları" adlı yarışma proqramına qatılır və ikinci yeri qazanır. Əgər aktrisa yarışmada qalib gəlməsəydi, hazırda akademik karyerası ilə məşğul olardı.

Karyera

Beren ekranlara "Aşkımızda ölüm var" adlı serialda Ece Uslunun canlandırdığı Pərvin obrazının bacısı rolunda çıxıb. Ilk baş rolunu isə Tomris Giritliğolunun "Aşka sürgün" serialında oynayıb (Mahsun Kırmızıgüllə tərəf müqabili olub).
Daha sonra "Hatırla sevgili" tarixi serialında Cansel Elçin və Okan Yalabıkla bir komandada ikinci baş rolunu ifa edib və bu serialla pərəstişkar kütləsi qazanmağa başlayıb.

Aktrisanın növbəti işi Xalid Ziya Uşaqlıgilin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş "Aşkı memnu" serialında yaratdığı Bihter Ziyagil obrazı oldu. Kıvanc Tatlıtuğ, Səlcuq Yöntəm, Hazal Kaya və Nəbahat Çehrə kimi istedadlı aktyorların da iştirak etdiyi serial çoxlu tənqidlərlə üzləşsə də, türk televiziya tarixinin ən çox izlənən istehsallarından biri oldu.

Serial tək Türkiyədə deyil, orta şərq və balkanlarda da izlənmə rekordu vurdu və gənc akrtisa böyük ekrana transfer edildi - "Güz sancısı" filminə dəvət aldı. Yeri gəlmişkən, aktrisa "Aşkı məmnu" və "Güz sancısı" filmində erotik səhnələrə çəkildiyinə görə uzun müddət türk mətbuatının gündəmindən düşməyib.

Hazırda Beren Türkiyənin "D" kanalında yayımlanan "Fatmagülün suçu nə?" adlı serialda çəkilir. Vedar Türkalın günümüzə adaptə olunmuş ssenarisi əsasında çəkilən serial təcavüzə uğramış gənc qızın həyatda qalmaq uğrunda apardığı mübarizədən bəhs edir və nəinki Türkiyədə, elə Azərbaycanda da ən çox izlənən serialdı.

Şəxsi

Aktrisa ilk sevgilisini –kollec yoldaşı Efeni ağır yol qəzası nəticəsində itirib. Bu faciədən sonra uzun müddət heç kimlə görüşməyən Beren "Xatırla, sevgili" serialının çəkilişləri zamanı tərəf müqabili Bülənt İnalla görüşməyə başlayıb. Lakin bu münasibətin də ömrü qısa olub. Türk seriallarının gənc və gözəl ulduzu hazırda müğənni Kenan Doğulu ilə sevgi macərası yaşayır.

Beren Saat texnologiya və elmi-fantastik xaricində hər janrda filmə baxır, Sara Cessika Parker, Riçard Gir, Al Paçino, Ancelina Coli, Culiana Mur, Nikol Kidman kimi aktyorları bəyənir, tarixi kitablar oxumağı sevir. Ayrıca hər xanım kimi alış-veriş etməyi xoşlayan aktrisa son modanı da izləyir. Amma gündəlik həyatında rahat geyinməyə və bijuteriyadan istifadə eləməyə üstünlük verir.


Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm