Bu gün Bakıda tıxac olmayıb
Bizi izləyin

Digər

Bu gün Bakıda tıxac olmayıb

Bu gün paytaxtın əsas küçə və prospektlərində sıxlıq müşahidə olunmayıb. Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, mərkəz tərəfindən mütəmadi tənzimlənmə işlərinin (işıqforların idarəolunması, sürücülərin məlumatlandırılması və s.) aparılması və Ziya Bünyadov prospektinin istismara verilməsi nəticəsində bu gün səhər saatlarında Bakı şəhərinin əsas küçə və prospektlərində sıxlıq müşahidə olunmayıb.

Qeyd edək ki, bu gün saat 11:30-dan etibarən Bakının Nobel prospektində aparılacaq xətləmə işləri ilə əlaqədar “Ağ şəhər”dən paytaxtın mərkəzi istiqamətində yolda hərəkət qismən məhdudlaşdırılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm