Azərbaycanda mənzillər ucuzlaşacaqmı? – Açıqlama
Bizi izləyin

Digər

Azərbaycanda mənzillər ucuzlaşacaqmı? – Açıqlama

Rusiyada evlərin qiyməti sürətlə ucuzlaşmaqdadır.

Bir zamanlar Moskvada mənzil sahibi olmaq əlçatmaz sayılsa da, artıq bu realdır. Evlərin ucuzlaşmasının başlıca səbəbi rublun məzənnəsi olsa da, burada neftin qiyməti də rol oynayıb. Belə ki, analitiklərin fikrincə, neftin satış qiyməti ilə daşınmaz əmlakın satış qiymətləri arasında gizli bir asılılıq var. 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verib. Hətta baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı hələ aşağı səviyyədə idi və yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini 2 dəfəyə yaxın endirdi.

Son 20 ildə daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barrel/kv.m ətrafında olub. Bu illər ərzində ən yüksək göstərici 1998-ci ilin əvvəlində 41,4 barrel/kv.m, ən aşağı hədd isə 1995-ci ildə 8,8 barrel/kv.m olub. Aparılan müşahidələr onu göstərir ki, neft birjalarında qiymətlərin davamlı dəyişməsi 5-7 ay gecikmə ilə daşınmaz əmlakın qiymətlərində özünü əks etdirir.

O ki qaldı neftin qiymətinin düşməsindən, eləcə də Rusiyanın daşınmaz əmlakın ucuzlaşmasından Azərbaycanın mənzil bazarının təsirlənib-təsirlənməyəcəyinə, Publika.az-a acıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ölkədə də ucuzlaşması baş verdiyini deyir: “Düzdür, bu, Rusiya və digər ölkələrlə müqayisədə sürətli ucuzlaşma deyil. Lakin noyabr ayında neftin qiymətinin düşməsindən, rublun məzənnəsinin zəifləməsindən sonra mənzil bazarında qiymətlər aylıq 4 faiz ucuzlaşdı. Güman edilir ki, oxşar faiz endirimi dekabrda da qeydə alınacaq”.

İqtisadçı deyir ki, mənzil bazarında ciddi ucuzlaşmanın baş verməməsinin fərqli səbəbləri var: “Rusiyadan fərqli olaraq, hələlik Azərbaycanda neftin dünya bazar qiymətinin düşməsinin təsirləri hiss edilmir”.

V.Bayramov deyir ki, əmlakın qiymətinə neft deyil, xərclər təsir göstərir: ”Yeni tikililərdə xərclər yüksək olduğu üçün neftin dünya bazar qiyməti, qonşu ölkələrdə baş verən proseslər bu sahəyə birbaşa təsir göstərmir. İnşa edilən binanın 1 kvadratmetri 800 dollara başa gəlirsə, neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, həmin binada mənzilin ucuz olması mümkün deyil. Bu o zaman baş verər ki, inşaat sektorunda durğunluq olsun. Ciddi qiymət azalmaları üçün xərclər azalmalıdır. Hələlik alıcıq qabiliyyəti də aşağı düşməyib. Düzdür, tələbat azalıb. Amma alıcılıq qabiliyyəti yüksək olaraq qalır. Bu da bazara təsir göstərir”.

Mütəxəssis deyir ki, Rusiyada yaşayan azərbaycanlıların ticarəti zəifləyib: “Digər tərəfdən, neftin qiyməti də düşür. Bütün bunları nəzərə aldıqda növbəti aylarda mənzillərin qiymətində azalmalar davam edəcək. Amma kəskin ucuzlaşma gözlənilmir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm