• USD 1,7017 0,00% EUR 1,9590 -0,21%
    • GBP 2,2160 -0,07% RUB 0,0288 0,00%

Nazir: “Neft 20 dollar olsa da, hasilatı azaltmayacağıq”

  • Digər
  • 23 Dekabr 2014 14:10
  • 562 Baxış
Nazir: “Neft 20 dollar olsa da, hasilatı azaltmayacağıq”

OPEK neftin qiyməti hətta 20 dollara düşəcəyi halda hasilatı azaltmayacaq.

Publika.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının neft naziri Ali əl-Naumi bildirib. O qeyd edib ki, neftin qiymətinin necə olmasından asılı olmayaraq hasilatı azaltmaq OPEK-in marağında deyil: ”Neft 20, 40, 50, yaxud da 60 dollar olsa da, işə dəxli yoxdur”.

Nazirin sözlərindən belə bəlli olub ki, dünya bir də heç vaxt neftin qiymətini 100 dollardan görməyə bilər: “Əgər Səudiyyə Ərəbistanı hasilatı azaltsa, qiymətlər qalxacaq. Ruslar, braziliyalılar, ABŞ-da şişt neft çıxaranlar niyə bizim payımızı əlimizdən almalıdır?!”

Onun qiymətləndirməsinə görə, Körfəz ölkələrinin büdcələri neftin qiymətinin ucuzlaşmasına tab gətirə bilərlər. Çünki barelin istehsalına 4-5 dollar xərc çəkirlər. Nazir proqnoz verməyi də unutmayıb. Bildirib ki, ilk olaraq Braziliyanın dəniz layihələri və Qərbi Afrika əziyyət çəkəcək: “Nə qədər xərcləsələr də, gec-tez maliyyə imkanları istehsalı azaltmalarına gətirib çıxaracaq.

İqtisadiyyat şöbəsi

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR