• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rublu xilas etməyə ixracatçılar da cəlb edildi

  • Digər
  • 23 Dekabr 2014 14:51
  • 672 Baxış
Rublu xilas etməyə ixracatçılar da cəlb edildi

Dəyərini itirən rublu qorumaq üçün Rusiya daha bir addım atıb. Hökumət dövlət idarəsindəki ixracatçılardan valyuta gəlirlərinin bir hissəsini satmalarını istəyib.

Publika.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev ölkənin dövlət idarəsindəki ən böyük ixracatçılarının valyuta gəlirlərinin bir hissəsini satmaq məcburiyyətində qoyan qanun imzaladığını açıqlayıb.

Sənədə əsasən, şirkətlər növbəti iki ayda bazarı gündəlik 1 milyard dollarla təmin edəcəklər.

Rusiya Mərkəz Bankı da kurs bazarında sabitliyin qorunması məqsədiylə ixracatçılarla müzakirələr aparacağını açıqlayıb.

Qeyd edək ki, bu müdaxilədən sonra 1 dollar gündəlik 4 faiz itki ilə 53.4 rubla düşüb.

Onu da bildirək ki, dövlət idarəsindəki ixracatçılar dedikdə, “Qazprom”, “Rostneft”, “Alrose”, “Xaricineft” və brilliant istehsalçısı “Kristal” nəzərdə tutulur. Hansı ki bu şirkətlərin gəlirləri gündəlik valyuta dövriyyəsinin 20-25 faizini təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR