TANAP-ın podratçıları məlum oldu
Bizi izləyin

Digər

TANAP-ın podratçıları məlum oldu

Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu qaz kəmərinin tikintisi üzrə podratçıları müəyyən edib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Tenderin qalibləri "Fernas İnşaat" şirkəti, "Sicim-Yüksel-Akkord" və "Tekfen Holding" konsorsiumları olub.

Bu şirkətlər qaz kəmərinin Gürcüstan sərhədindən Ərzuruma, Ərzurumdan Sivasa və Sivasdan Əskişəhərə qədər hissəsinin tikintisinə cəlb ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm