• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölkədə 28,9 min nəfər işləmir

  • Digər
  • 23 Dekabr 2014 17:26
  • 472 Baxış
Ölkədə 28,9 min nəfər işləmir

Dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub.

Publika.az xəbər verir ki, onların 39,6 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 282,6 manat olub.

Ümumiyyətlə, dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4835 min nəfər olub. Onlardan 4596,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1507,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 623,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1471 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,2 min nəfər təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR