“Qazprom” Ermənistana satdığı qazın qiymətini artıra bilər
Bizi izləyin

Digər

“Qazprom” Ermənistana satdığı qazın qiymətini artıra bilər

“Qazprom” dramın devalvasiyasına görə ziyana düşdüyündən Ermənistana nəql olunan qazın tariflərini yenidən gözdən keçirə bilər.

Publika.az-ın məlumatına görə, bu barədə “Qazprom-Ermənistan” şirkətinin nümayəndəsi bildirib. Şirkətdən verilən açıqlamaya görə, erməni dramının dollara nisbətdə məzənnəsi yaxın günlərdə düşməyə davam etsə, şirkət qaz tariflərinə yenidən baxılması təklifi ilə tənzimçiyə müraciət edəcək.

Hazırda Ermənistan Rusiya Federasiyasından aldığı təbii qazın hər min kubmetrinə 189 dollar ödəyir. Əhali və müəssisələr üçün “mavi yanacağın” daxili qiyməti dramla (hər min kubmetrə görə 156 min dram) müəyyən edildiyinə görə “Qazprom”un törəmə müəssisəsi mədaxilinin 35-40 faizini itirir. Mövcud tarifdə 1 dollar üçün məzənnə 416,5 dram hesablanıb, halbuki Ermənistan valyutasının Amerika dollarına nisbətdə mübadilə məzənnəsi oktyabrın əvvəlindən 45 faiz yüksələrək, 1 dollar üçün 575 drama çatıb. Dramın devalvasiyasının tarif siyasətinə təsiri faktını Ermənistan Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də etiraf ediblər.

Qeyd edək ki, yüz faiz “Qazprom” ASC-nin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” QSC Ermənistanı qazla təchiz edən yeganə şirkətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm