Rusiyada əhali kreditləri qaytara bilmir
Bizi izləyin

Digər

Rusiyada əhali kreditləri qaytara bilmir

Qərbin iqtisadi sanksiyaları və neftin qiymətində düşüş səbəbindən Rusiyada xalq yeni ilə durğun gedir. Ölkənin pul vahidi rubl Mərkəz Bankının müdaxiləsi sonrası dollar qarşısında yığışmağa başlasa da, kövrəkliyini davam etdirir.

Publika.az xəbər verir ki, bir həftə əvvəl məzənnəsi 80 rubla qədər güclənən dollar hazırda 54 rubla düşüb. Lakin ölkədə güclü inflyasiya var. Bahalıqdan şikayətlənən rus xalqı kreditləri geri ödəmədə də çətinlik çəkir.

Sabiq maliyyə naziri Alexei Kudrin iqtisadiyyatdakı pis gedişatın dərinləşəcəyini bəyan edib: "İqtisadi böhran dövrünə daxil olmuşuq. Gələn il onun bütün təsirlərini hiss edəcəyik. 2000-ci ildən bu yana, yəni Putin və Medvedev dövrlərində ilk dəfə ev təsərrüfatlarının gəlirlərinin azalacağını müşahidə edəcəyik".

Maliyyə Nazirliyinin fondlarını istifadə ediləcəyi istiqamətində şərhlər verən Rusiya Mərkəz Bankı rublun həddindən artıq dəyər itkisinin qarşısını almaq üçün faiz nisbətlərini 10.5 faizdən 17 faizə qaldırıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm