Büdcənin icrasında 1,9 milyard manat profisit yaranıb
Bizi izləyin

Digər

Büdcənin icrasında 1,9 milyard manat profisit yaranıb

Yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 15,8 milyard manat, xərcləri 13,9 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, büdcənin icrasında yaranan 1,9 milyard manat profisit ümumi daxili məhsulun 3,9 faizini təşkil edib. Daxilolmaların 15,9 faizi əlavə dəyər vergisi, 13,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5 faizi fiziki şəxslərın gəlir vergisi, 4,4 faizi aksizlər, 3,8 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,6 faizi digər vergilər, 54,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 5,8 milyard manatı (42,0 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,6 milyard manatı (11,7 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,1 milyard manatı (7,7 faizi) təhsilin, 501,8 milyon manatı (3,6 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm