Neftin qiyməti İran və İraqı pis vəziyyətdə qoyub
Bizi izləyin

Digər

Neftin qiyməti İran və İraqı pis vəziyyətdə qoyub

İranlı nazir Pur Məhəmmədi neftin qiymətinin düşməsinə münasibət bildirərkən Səudiyyə Ərəbistanının siyasətinin İslam ölkələrinin neft gəlirlərinin yağmalanmasına yönəldiyini diqqətə çatdırıb.

Publika.az xəbər verir ki, P. Məhəmmədi neftin qiymətini salmaqla digər tərəfdən də siyasi və psixoloji təzyiqlərlə İran xalqının iradəsini qırmaq istəyirlər. almaq istəyirsiniz: Halbuki İran xalqı daha əvvəl bundan ağır təzyiqlərə məruz qalıb, ancaq qorxmayıb" .

İranın iqtisadi baxımdan çətinlik çəkdiyini deyən Pur Məhəmmədi qeyd edib ki, düşmən geri addım atmayacaqlarını bilməlidir.

Neftin qiyməti İraq büdcəsini də vurub. Ölkənin baş naziri Haydar əl-İbadi dünən Nazirlər Kabinetini yığaraq 2015-ci ilin büdcəsini qəbul edib. Ancaq büdcədə əvvəlki illərlə müqayisədə azalmanın baş verməsi diqqət çəkib.

İraq büdcəsi neft gəlirinə bağlı olduğundan “qara qızıl”ın qiymətində yaşanan dəyişikliklər birbaşa təsirini göstərir. İraq hökumətinin 2014-cü il üzrə büdcəsi 143 milyard dollar idi. Ancaq büdcə bu il 100 milyard dollara geriləyib. Bunun təməl səbəbi də neft ixracının azalması və neftin qiymətinin düşməsidir.

Neft barelinin 90 dollardan 60 dollara gerilədiyini xatırladan analitiklər deyir ki, İraq gündəlik 3 milyon 400 min barel neft ixrac edir. 2014-cü ildə ixrac azalıb. Nəticədə büdcədə 30 faiz azalma baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm