"Azadlıq" radiosunun ofisi möhürləndi (YENİLƏNİB)
Bizi izləyin

Digər

"Azadlıq" radiosunun ofisi möhürləndi (YENİLƏNİB)

"Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, ofisin möhürlənməsi barədə hər hansı səbəb göstərilməyib.

(APA)

***

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq" radiosunun Bakı ofisində axtarışa başlayıb.

Trend-in məlumatına görə, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.

E.Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm