Bu gün 16 dərəcə isti olacaq
Bizi izləyin

Digər

Bu gün 16 dərəcə isti olacaq

Dekabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi əsəcək, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 11-16° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək.

Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 1-5° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında dağlarda duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 12-17° isti,

dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm