Şəhərin mərkəzində təmirsiz mənzilin kvadrat metrinin qiyməti 3000 manata çatıb - Açıqlama
Bizi izləyin

Digər

Şəhərin mərkəzində təmirsiz mənzilin kvadrat metrinin qiyməti 3000 manata çatıb - Açıqlama

“İlkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1360 $/кv.m-dən (1067 AZN/кv.m-dən) 1,25% artaraq 1377 $/кv.m-ə (1080 AZN/кv.m) çatıb”.

Bunu Publika.az-a iqtisadçı-ekspert Nüsrət İbrahimov ilkin mənzili bazarındakı son prosesləri şərhi zamanı bildirib. O qeyd edib ki, bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ayla müqayisədə 43,62%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,04% çox olub: “İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1250 AZN/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 45,8%-ni təşkil edir. Ümumi təklif portfelinin qalan 54,2%-ni isə 800 AZN/kv.m-ə qədər olan ucuz mənzillər ilə, qiyməti 1250 AZN/kv.m-dən baha olan mənzillərin payına düşür. Hər iki qiymət dəyərində olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının 27,1%-nə malikdir”.

Ekspert bildirir ki, ümumilikdə noyabr ayında təklif olunan “pod moyak” bir və üçotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq -5,35% və -4,45% azalma var: “İki, dörd və beşotaqlı mənzillərin qiymətində isə müvafiq olaraq 0,7%, 3,82% və 4% artım müşahidə olunub”.

N.İbrahimovun sözlərinə görə, təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi dəyişməz qalıb: “Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 58,65, ikiotaqlı 90,06, üçotaqlı 127,6, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 199 və 240 kv.m qeydə alınıb. Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında artım əsasən Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Əsas səbəb tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb. İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 3 otaqlı təmirsiz mənzildə qeydə alınıb.

Hüseyn Cavid prospektində, “Elimlər Akademiyası” m/st yaxınlığında yerləşən 87 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3000 manat təşkil edib. Ən ucuz mənzil isə Yeni Yasamal qəsəbəsində yerləşən 140 kv.m-lik sahəyə malik yeni tikili, 3 otaqlı mənzildə qeydə alınıb, Yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhəri rayonları üzrə оrtа qiymət artımı ən çox Sabunçu və Nizami rayonlarında müşahidə edilib, müvafiq olaraq 6,9% və 5,9%. Qiymət azalması isə Nəsimi rayonunda -3,4%, Yasamal rayonunda isə -6,1% qeydə alınıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm