Sarıqamış qurbanları yad edilib
Bizi izləyin

Digər

Sarıqamış qurbanları yad edilib

Türkiyənin Qars vilayətində Sarıqamış şəhidlərinin xatirəsi anılıb.

AzərTAc xəbər verir ki, Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Sarıqamış Kollecində keçirilən mərasimdə hökumət təmsilçiləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə XX əsrin əvvəllərindən başlayaraq Osmanlı dövlətinə qarşı həyata keçirilən hərbi müdaxilələrin acı nəticələrindən bəhs olunub. Qeyd olunub ki, Vətənin müdafiəsi, ölkənin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi həmişə uca tutulacaq.



Sonda şəhidlərin ruhuna “Qurani - Kərim”dən ayələr oxunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm