• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Köhnə mənzillər ucuzlaşıb

  • Digər
  • 5 Yanvar 2015 11:43
  • 716 Baxış
Köhnə mənzillər ucuzlaşıb

Ötən ilin son ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin hesablanmış orta təklif qiyməti 2076 $/кv.m-dən -0,53% azalaraq 2065 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1628 AZN/кv.m-dən -0,56% azalaraq 1619 AZN/кv.m bəndində qərarlaşıb.

Publika.az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin ekspertlərinə istinadən bildirir ki, bazar portfelində ümumi təkliflərin sayı 2055 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ayla müqayisədə 22,4% çox, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -9,97% az olub: “Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1250 AZN/kv.m qiymətindən baha olan bahalı mənzillər təşkil edib. Bu mənzillər ümumi portfelin 80,7%-nə bərabər olub. Ümumi təklif portfelinin 18,5%-ni 800-1250 AZN/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşüb. Bazardakı ucuz mənzillər, yəni hər kvadrat metrinin dəyəri 800 AZN/kv.m-dən az olan mənzillərin bazardakı payı isə 0,9% təşkil edir. Ümumilikdə son noyabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və dörd otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq -1,98%, -0,87% və -1,42% azalma vardır. Üç otaqlı mənzillərin qiymətində isə nisbətən artım müşahidə olunub”.

Məlum olur ki, bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib: “Təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Bütün növ otaqlı mənzillərin təklif sayında artma müşahidə olunub. Nəticə оlаrаq isə daha çox artım az otaqlı mənzillərin payı düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “arxitektur”, "eksperiment" və “xruşşov” layihəli binalarda müşahidə olunub.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 3 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 170 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3200 manat təşkil edib: “Ən ucuz mənzil isə H.Alanov m/st yaxınlığında yerləşən 85 kv.m-lik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb, 650 AZN/kv.m. Bakı şəhəri üzrə son noyabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzillər Səbail və Nəsimi rayonlarında qeydə alınıb. Sahil m/st yaxınlığındakı mənzilin satışa çıxarılan təklif qiyməti 3100 $/kv.m, Cavanşir körpüsünün (Qaqarin körpüsü) yaxınlığındakı mənzil isə 3300 $/kv.m dəyərində olmuşdur. Ən ucuz mənzillər isə H.Aslanov metrosu yaxınlığında və Binəqədi qəsəbəsində yeni tikilən binalarda qeydə alınıb. Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR