BTC FOB Ceyhan tipli xam neftin satış qiyməti bəlli oldu
Bizi izləyin

Digər

BTC FOB Ceyhan tipli xam neftin satış qiyməti bəlli oldu

Ötən ilin sonunda 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edilib.

Publika.az xəbər verir ki, ümumilikdə, 2014-cü ilin yanvar-dekabr ayları ərzində 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac olunub. 2014-cü ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 563,85 dollar, təyyarə yanacağının - 608,02 dollar, dizel yanacağının - 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 323,98 dollar təşkil edib. Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm