Novorossiysk limanından neft ixracı 50 faiz düşüb
Bizi izləyin

Digər

Novorossiysk limanından neft ixracı 50 faiz düşüb

Dövlət Neft Şirkəti 2014-cü ildə Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilən 932,155 min ton neft yola salıb. Bu isə 2013-cü ilin göstəricisindən 46,8 % azdır.

Publika.az ARDNŞ-a istinadən bildirir ki, 2014-cü ilin dekabrında SOCAR Novorossiysk limanından Azərbaycan nefti yola salmayıb.

Şirkətdən qeyd olunub ki, dekabrda Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqli adi rejimdə həyata keçirilib. Bununla yanaşı, yola salınan tanker partiyası 2015-ci ilin yanvar ayı ərzində SOCAR-ın ixrac statistikasına daxil ediləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm