• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu il iqtisadi artım 4,4 faiz olacaq

  • Digər
  • 6 Yanvar 2015 18:42
  • 396 Baxış
Bu il iqtisadi artım 4,4 faiz olacaq

2015-ci ildə iqtisadi artımın 4.4% təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8.2% təşkil edir.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, iqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaq. MB-nın proqnozlarına görə, 2015-ci ildə daxili investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real olaraq 5.2% artacaq. 2015-ci ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq. 2015-ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaq.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR