• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İcbari sığorta üzrə müqavilələrin dəyəri açıqlandı

  • Digər
  • 6 Yanvar 2015 19:39
  • 545 Baxış
İcbari sığorta üzrə müqavilələrin dəyəri açıqlandı

2014-cü ildə 152111 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 16 milyona yaxın olub.

İcbari Sığorta Bürosundan Publika.az-a bildirilib ki, 2013-cü illə müqayisədə ötən il icbari sığorta müqavilələrinin sayında 36, 05 faiz, sığorta haqlarının məbləğində 23,81 faiz artım müşahidə edilib.

Bağlanan daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,38 %-i yaşayış evləri və mənzillər, 0,31 %-i inzibati binalar, 19,31 %-i digər daşınmaz əmlakla bağlı olub.

Məlum olub ki, 2014-cü ildə 554 sayda sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 155 267 manat təşkil edib.

2013-cü illə müqayisədə sığorta müqavilələrinin sayında 2,01 dəfə, sığorta haqlarının məbləğində 85,19 faiz artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR