• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

TAP rəhbərliyində dəyişiklik baş verib

  • Digər
  • 7 Yanvar 2015 18:48
  • 467 Baxış
TAP rəhbərliyində dəyişiklik baş verib

“Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin rəhbərliyində dəyişiklik baş verib.

Publika.az TAP konsorsiumuna istinadən bildirir ki, Yan Bredşou (Ian Bradshaw) yeni layihənin icraçı direktoru təyin edilib.

Xatırladaq ki, Y. Bredşoudan öncə bu vəzifədə Kyetil Tunqland çalışıb. Y. Bredşou isə Böyük Britaniyanın “BG Group” neft-qaz şirkətinin kapital layihələri üzrə baş vitse-prezidenti vəzifəsində işləyib.

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR