BTC kəməri ilə 2,4 milyon ton neft nəql olunub
Bizi izləyin

Digər

BTC kəməri ilə 2,4 milyon ton neft nəql olunub

Ötən ilin dekabr ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 508 min 192 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvarın 1-dək BTC-yə 263 milyon 649 min 785 ton neft vurulub. Bundan başqa, ötən ilin dekabrında BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin dekabr ayı ərzində 2 milyon 684 min 967 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 127 min 245 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il yanvarın 1-dək Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm