Xarici ölkələrlə 36,7 milyard dollarlıq ticarət aparılıb
Bizi izləyin

Digər

Xarici ölkələrlə 36,7 milyard dollarlıq ticarət aparılıb

Yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 108 ölkəyə əmtəə ixrac olunub. 135 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləri olub.

On bir ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 36,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 28,6 milyard dollar, idxalın həcmi 8,1 milyard dollar təşkil edib. Nəticədə 20,5 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,6 milyard dollar, hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm