• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2 qəpiyin hansı ciddi təsirləri olacaq? – Açıqlama

  • Digər
  • 13 Yanvar 2015 15:16
  • 664 Baxış
2 qəpiyin hansı ciddi təsirləri olacaq? – Açıqlama

Azərbaycanda yanacaqdoldurma məntəqələrində avtomobillərinə benzin və dizel vurmaq istəyənlər artıq yeni qiymətlərlə üzləşiblər. Dünya bazarlarında neftin qiymətinin son 7 ayda təqribən 60% ucuzlaşdığı bir vaxtda hökümətin belə bir addıma əl atmasi sual doğurur. Çünki istehlakçılar əksini gözləyirdilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın Publika.az-a açıqlamasında hələ heç zaman belə qısa intervalda Azərbaycanda yanacağın qiymətinin artırılmadığını deyir: “Sonuncu dəfə yanacaq artımı cəmi 13 ay əvvəl baş vermişdi. O zaman, demək olar ki, yanacağın orta hesabla qiyməti 30% civarında artmışdı. Demək, bu artımla o artımı eyniləşdirmək düzgün deyil, yəni strateji məqsədləri başqadır”.

İqtisadçının fikrincə, 2013-cü ilin dekabrında yanacağın qiymətindəki bu qədər artım faktiki olaraq nə ictimai nəqliyyatda, nə şəhərlərarası nəqliyyatda (düzdür, sonradan oldu, ancaq kiçik bir artım), nə də ərzaq məhsullarının və xidmətlərin qiymətlərində özünü büruzə verdi: “Hökumət əlindəki administrativ metodlarla bunun qarşısını ala bildi. Digər tərəfdən, 2014-cü ilin birinci yarısında neftin orta ixrac qiyməti 111 dollardan yüksək bir həddə oldu ki, bu da hökumət üçün qarşıda duran bütün öhdəlikləri gen-bol ödəməyə imkan verirdi. İlin ikinci yarısından isə dünya bazarında neftin qiyməti düşməyə başladı, ancaq sentyabrın ikinci ongünlüyündə neft 100 dollar psixoloji həddini keçdi.

Bu o zaman idi ki, Azərbaycanın müvafiq nazirlikləri artıq 2015-ci il üçün büdcə layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edirdilər. Və büdcədə neftin qiyməti bir barel üçün 90 dollardan proqnozlaşdırılmışdı. Nazirlər Kabineti büdcəni təsdiq edəndə neftin qiyməti təqribən 95 dollar idi və o ümidlər var idi ki, qiymət düşməsi müvəqqəti amildir, sonradan yenidən yüksələcək. Bu ümidlər elə Milli Məclisdə büdcəni təsdiq edəndə də hökumət üzvləri tərəfindən səsləndirilirdi. O zaman artıq neftin qiyməti 80 dollardan da aşağı düşmüşdü. 2015-ci ilin əvvəlində isə artıq neft 50 dollardan da enmişdi. Ancaq neftin 90 dollarlıq illik orta ixrac qiyməti zamanı Azərbaycan büdcəsinin kəsiri 1,7 milyard manat səviyyəsində proqnoz edilmişdi. “Bəs bu kəsiri necə doldurmalı” sualı, əlbəttə, hökuməti narahat etməyə bilməzdi. Bunun bir hissəsi 2014-cü ilin büdcəsinin icrası zamanı həyata keçirildi. Məlum oldu ki, ötən ilin büdcəsinin xərc hissəsindən təqribən 1,3 milyard manatdan çox vəsaitə qənaət etmək mümkün olub. Ancaq neftin orta qiyməti orta hesabla 60 dollar olarsa belə, büdcəyə kifayət qədər əlavə vəsait cəlb etmək gərəkdir”.

İ.Şaban deyir ki, Milli Məclisin dekabrında “Yol Vergisi haqqında” qanuna dəyişiklik etməsindən sonra həmin 2 qəpik məsələsi gündəmə gəldi: “Bu, ona dəlalət edirdi ki, bundan sonra yol vergisi yanacaq işlədən hər bir istehlakçıdan tutulsun. Əvvəllər bu vergi avtomobilə texniki xidmət zamanı maşının mühərrikinin həcminə görə müəyyən edilirdi. İndi isə hər litr üçün 2 qəpik tutulur. Ona görə də yanacağın qiymət artımına görə qazanc SOCAR-a deyil, Vergilər Nazirliyinə daxil olacaq”.

O ki qaldı 2 qəpik vəsaitlə 1,2 milyon sürücünün büdcəyə gətirəcəyi dividentə, İ.Şabanın fikrincə, bu, vergi daxilolmalarında çox cüzi rəqəm olacaq: “Əlbəttə, hökumət sürücülərin 2 qəpiyinə möhtac qalmayıb, Neft Fondundan lazım gəlsə, 10 qəpik də transfert edərdi. Demək, hökumət bu 2 qəpiyin doğuracağı multieffektə ümidlidir. Multieffektiv təsirlər isə yanacağın qiymətinin artımından sonra ictimai nəqliyyatda gedişhaqqının qalxması və sair kimi addımlardır. Bu addımlar ticarət və xidmət dövriyyəsini artıra, vergi yığımını yüksəldə, ÜDM-in neftin qiymətlərinin kəskin düşməsi fonunda azalmasının qarşısını ala bilər”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR