Dünya Bankının Rusiya ilə bağlı proqnozları bədbinləşdi
Bizi izləyin

Digər

Dünya Bankının Rusiya ilə bağlı proqnozları bədbinləşdi

Dünya Bankı Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarına dəyişiklik edib. Bankdan ümum daxili məhsul istehsalının 2,9 faiz azalacağını açıqlayıblar. Ekspertlər 2016-cı ildə bu rəqəmin 0,1 faiz intervalında olacağını bildiriblər.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, 2014-cü ildə Rusiya iqtisadiyyatında 0,7 faiz artım baş verib.

Bu arada neftin ucuzlaşması fonunda rubl da dəyərdən düşməkdədir. Artıq Rusiya Mərkəzi Bankı yeni ilin ilk iş həftəsində bazara intervensiya edib. Yanvarın 12-də bazara 1 milyard 323 milyon dollar həcmində vəsait çıxarılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm