Medvedev rubldan danışdı
Bizi izləyin

Digər

Medvedev rubldan danışdı

“Rubl sərbəst dönərli valyuta olaraq qalacaq”.

Publika.az-ın xəbərinə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O qeyd edib ki, təbii kursu dondurub bununla “qara bazarı” canlandırmaq olar. Baş nazir həmçinin neftin qiymətinin, eləcə də sanksiyaların rubla qarşı oyun olduğunu etiraf edib: “Rublun məzənnə dəyişikliyindən banklar, şirkətlər, sadə insanlar əziyyət çəkirlər. Mərkəzi Bankın hazırkı siyasəti düzgündür”.

O, Rusiya iqtisadiyyatındakı problemlərin təkcə daxili deyil, xarici səbəblərdən qaynaqlandığını vurğulayıb.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankının rezervləri 2014-cü ildə 76 milyard dollar azalıb. Bank il ərzində cəmi iki ayda – may və iyunda yəni neftin qiyməti pik həddə olanda alış əməliyyatı həyata keçirə bilib. Bu da cəmi 2.8 milyard dollar həcmində olub. Oktyabrda bank ən çox həddə - 27,2 milyard dollar dəyərində intervensiya reallaşdırıb. Nəticədə, Mərkəzi Bank rublun müdafiəsini dayandırmaq haqqında qərar verib. Lakin cəmi bir ay sonra dekabrda bank yenidən əvvəlki strategiyaya qayıdıb. Buna da səbəb 15-17 dekabr hadisələri – rublun məzənnəsinin bir gecədə sürətlə ucuzlaşması olub. Ekspertlərin rəyinə görə, neftin qiyməti bu il daha az olarsa, 2015-ci ildə Bankın intervensiyası 150 milyard dolları keçəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm