• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

OPEK 2015-ci ildə neftə tələbat proqnozunu artırdı

  • Digər
  • 15 Yanvar 2015 20:47
  • 644 Baxış
OPEK 2015-ci ildə neftə tələbat proqnozunu artırdı

OPEK 2015-ci ildə dünyada neftə olan tələbatı gündəlik 92,26 milyon bareldən 92,3 milyon barelə yüksəldib.

Publika.az-ın məlumatına görə, bu barədə təşkilatın yanvar ayı üzrə hesabatında bildirilir. Qeyd edilir ki, neftin qiyməti 2015-ci ilin sonuna “özünə gələ bilər”. Bununla bərabər, OPEK neftə tələbat proqnozunu 28,8 milyon manat endirib. 2014-cü ilin dekabrında təşkilata daxil olan neft ölkələrinin istehsalı gündəlik 140 min barelə yüksəlib. Bundan əlavə, OPEK 2015-ci ildə ABŞ-da neft hasilatının azalmasını gözləyir.

Məlum olur ki, OPEK-ə daxil olmayan ölkələrin neft istehsalı proqnozu gündəlik 80 min barel azalaraq, 57,49 milyon barelə düşüb.

Hesabatda qeyd edilib ki, Rusiya və Çin iqtisadiyyatları ilə bağlı mənfi xəbərlər neftin qiymətinin düşməsinə təsir edir. Bundan əlavə, neftin dəyər itkisi ABŞ dollarının güclənməsinə mənfi təsir edir.

OPEK ekspertləri Rusiyanın neft hasilatının artacağını, Liviyanın hasilatının azalacağını qeyd ediblər.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR