Siçovullar məşhur çimərliyi zəbt etdilər – FOTOLAR/VİDEO
Bizi izləyin

Digər

Siçovullar məşhur çimərliyi zəbt etdilər – FOTOLAR/VİDEO

Tailandın cənub sahilində yerləşən məşhur Pattaya kurortuna sıçovullar hücum edib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, gəmiricilərin hücumuna hər il kurort zonasında istirahət edən yüz minlərlə turistlər səbəb olub. Belə ki, kurorta gedən insanlar çimərlikdə piknik qurur, otun üstündə oturur, dəniz kənarında gəzişir və özlərindən sonra ətrafı çirkli vəziyyətə qoyub gedirlər. Siçovullar isə onlardan sonra qalan qida məhsullarına daraşır və vaxtında yığışdırılmayan zibilqablarına hücum edir.

“Pattaya One” portalının müxbirləri çimərlik ətrafında və qayaların arasında minlərlə siçovul aşkar edib. Bundan sonra onlar öz hesabatlarını şəhər administrasiyasına göndəriblər. Müxbirlər tezliklə şəhərin siçovullardan azad olunacağına ümid edir. Yerli jurnalist deyib: “Siçovullar nəinki çimərliyin görünüşünü korlayır, onlar hətta sağlamlığa da ziyan vurur”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm