Kirayə evlərin qiyməti ucuzlaşıb
Bizi izləyin

Digər

Kirayə evlərin qiyməti ucuzlaşıb

“2014-cü ilin son dekabr ayında kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi, noyabr ayında təklif olunan mənzillərə nisbətən daha kiçik sahəyə malik olublar. Ümumilikdə, bazarda aktivliyin azalması davat edib. Sözügedən ayda qiymətlər 970 dollardan -12,89% azalaraq 845 dollara düşüb”.

Bunu Publika.az-a şərhində iqtisadçı-ekspert Nüsrət İbrahimov deyib. O qeyd edib ki, bazarda əməliyyatların sayı isə 145-dən -1,38% azalaraq 143 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı 1,13% artaraq 11,47 $/kv.m-dən 11,6 $/kv.m-ə yüksəlib: “Nəzərə alsaq ki, dekabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində nisbətən azalma qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı bazar şərtlərinə uyğun hesab etmək olar. Dekabr ayında təklif portfelində orta qiymətə (500$-1000$ aralığında) olan kirayə evlərinin payı 52,92% ilə üstünlük təşkil edib. Bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı bazarda 28,1%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 18,98% qeydə alınıb”.

Ekspertin sözlərinə görə, kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub: “Tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib. 2014-cü ilin dekabr ayında kirayə mənzil bazarında təklifin həcmi 1% artaraq 274 mənzil təşkil edib. Ümumilikdə aktivliyin son aylarda dəyişməz olaraq zəif qalmasının əsas səbəbini qeyri-mövsümi ayların olması ilə əlaqələndirmək olar. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, bu segmentin zəifləməsinə gətirib çıxardıb. Noyabr ayından fərqli olaraq dekabr ayı ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm