• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rubl və neft dirçəlir

  • Digər
  • 19 Yanvar 2015 13:28
  • 753 Baxış
Rubl və neft dirçəlir

Moskva birjasında dolların kursu 60 qəpik düşərək, 64,59 rubla çatıb. Avronun kursu isə 34 qəpik düşərək 74, 9 rubl olub.

Publika.az xəbər verir ki, neftin qiyməti də 50 dollara yüksəlib. Qeyd edək ki, neftin qiymətinin yüksəlməsi Beynəlxalq Enerji Agentliyinin son hesabatından sonra baş verib. Təşkilat qısa müddət ərzində xam neftin qiymətindəki enişin dayanacağını açıqladı. Qiymətlərdəki yüksəlişin 2015-ci ilin ikinci yarısında yaşanacağı təxmin edilsə də, qiymətlərin 60 dollar ətrafında sabitləşəcəyi gözlənilir.

Enerji Agentliyi bundan əlavə, gündəlik neft hasilatının 93,3 milyon barelə çataraq, 2014-cü ilə nisbətdə 1 faiz artacağını açıqlayıb.

Xatırladaq ki, OPEK açıqlanan aylıq hesabatında dünya üzrə neft tələbatının 2015-cü ildə gündə 1.15 milyon barel artacağını proqnozlaşdırmışdı. Təşkilat dekabr ayında 2015-ci il üçün 1.12 milyon barel artım gözlədiyini bildirmişdi.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR