Digər
Ən baha və ən ucuz mənzili hardan almaq olar – Açıqlama
Ötən ilin sonunda təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2065 dollardan 2079 dollara yüksəlib.
İqtisadçı-ekspert Nüsrət İbrahimov Publika.az-a açıqlamasında bildirdi ki, bazar portfelində ümumi təkliflərin sayı isə 1997 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ay ilə müqayisədə -2,9%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -11,82% az olub: “Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1200 $/kv.m - 2000 $/kv.m qiymət diapazonu arasında yerləşən orta qiymətli mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 67,2%-ni təşkil edir. Ümumi təklif portfelinin 19,5%-ni bahalı evlər, yəni ki, qiyməti hər kvadrat metrinə görə 2500 $-dan baha olan mənzillərin payına düşür. Təkrar yaşayış mənzil bazarında qiyməti 1500 $/kv.m-dən ucuz olan mənzillərin payı isə 13,3% təşkil edir. Ümumilikdə son ilin dekabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 3,13%, 2,59% və 2,78% artım vardır. Üçotaqlı mənzillərin qiymətində isə -2,79% azalma müşahidə olunub”.
N.İbrahimov deyir ki, bаzаrdа dövr еdən mənzillərin оtаq sаy
göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib: “Təklif
olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin
payına düşüb. İki, üç və çoxotaqlı mənzillərin təklif sayında
azalma, birotaqlı mənzillərin sayında isə artım müşahidə olunub.
Nəticə оlаrаq isə daha çox azalma iki və daha artıq otaqlı
mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin
paylarının azalması əsasən “fransız” və "eksperimental" layihəli
binalarda müşahidə edilib.
Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə
təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 4 otaqlı
mənzildə qeydə alınıb. “28 MAY” metro stansiyası yaxınlığında
yerləşən 150 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat
metrinin satışa təklif olunan qiyməti 4500 manat təşkil edib.
Kvadrat metrinin dəyərinə görə qeydə alınan ən ucuz mənzil isə
Nəsimi rayonunda, 3-cü mikrorayon ərasizində yerləşən 230 kv.m-lik
sahəyə malik yeni tikili, 4 otaqlı mənzildə qeydə alınıb, 650
AZN/kv”.
İqtisadçının sözlərinə görə, Bakı şəhəri üzrə 2014-cü ilin dekabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzil Xətai rayonunda qeydə alınıb: “Xətai m/st yaxınlığındakı 267 kv.m sahəyə malik olan mənzilin satışa çıxarılan təklif qiyməti 1 500 000 dollar dəyərində olub: “Ən ucuz mənzil isə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada qeydə alınıb. 37 kv.m sahəyə malik olan 1 otaqlı mənzilin satışa təklif qiyməti 44 500 dollar dəyərindədir”.
İqtisadiyyat şöbəsi
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO