• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur diktatorların evlərində kimlər yaşayır?

  • Digər
  • 19 Yanvar 2015 18:22
  • 715 Baxış
Məşhur diktatorların evlərində kimlər yaşayır?

“Forbes” diktatorların bir zamanlar yaşadıqları dəbdəbəli evlərin hazırkı vəziyyətini araşdırıb. Tarixin bir parçasına çevrilən həmin malikanələrlə bağlı maraqlı faktlar ortaya çıxıb.

Publika.az siyahını təqdim edir.

İtaliyanın mərhum “duchesi” Mussolininin villası hazırda rusiyalı oliqarx Viktor Vekselberqə məxsusdur.

İtaliyada yerləşən villanın dəyəri 40 milyon dollardır. Bu, o villadır ki, “duçe” alman işğalından sonra sevgilisi Klar Ptaççi ilə ora sığınmışdı və ölkəni formal idarə edirdi. Hazırda villadakı 1000-ə yaxın tarixi əşya, kitablar rusiyalı milyarderə məxsusdur.

İkinci ruhların dolaşdığı məkan Stalinin Abxaziyadakı bağ evidir. Evdən muzey kimi istifadə edilir. Yazılanlara görə, bağ evi sovet rejimi dövründə inşa edilsə də, bütün materiallar xaricdən gətirilib.

Xruşov və Brejnevin ova gedərkən dincəldikləri böyük ovçu evi isə Ukraynada yerləşir. 2009-cu ildə Viktor Yuşşenkonun sərəncamı ilə evin yerləşdiyi park milli sərvətlərin siyahısına daxil edilib. Eyni zamanda turistlərin ziyarətgahına çevrilib.

Siyahıdakı digər ev Vladimir İliç Leninin Şalaşıdır. Hansı ki, 1917-ci ildə Lenin saqqalını uzadaraq orada gizlənmişdi. Sığınacaqdan muzey kimi istifadə edilir. 2009-cu ildə sığınacağı 30 000 nəfər ziyarət edib.

Rumıniyanın diktatoru Nikolae Çauşeskunun Yay malikanəsi isə satışa təqdim edilib. Malikanənin ümumi sahəsi 14 000 kvadratmetrdir. Qızıldan pilləkənlər, cakkuzilər, fars xalçaları malikanədə göz oxşayır. Evin daha bir xüsusiliyi anti-nüvə bunkeridir. 1989-cu ildə diktator həyat yoldaşı ilə güllələndikdən sonra malikanə dövlətin sərəncamına verilib. Bu arada Çauşesku belə dəbdəbəli villada yaşamasına baxmayaraq, ölkə üçün anormal qənaət proqramı təsdiqləmişdi.

Proqramın bəzi müddəaları - insanların mənzillərində 15 vatdan artıq lampa yandırmaması, 2 saatdan artıq televizora baxmamaları, isti sudan istifadənin qadağası idi. Malikanədə 365 kostyumluq qorderobun olması da maraqlı faktlardan biridir. Zəhərlənməkdən qorxan diktator gündə bir kostyum geyinirmiş. Səhəri gün həmin kostyumu yandırırlarmış.

İspaniyanın generalissimusu Fransisko Frankonun yay rezidensiyası da siyahıda yer alır. Hazırda rezidensiya Frankonun nəslinin nümayəndələrinə məxsusdur. Ayda 4 gün turistlərə açıq olur. Qeyd edək ki, hökumət rezidensiyanı dövlətin mədəni irsi elan edib. Bu qərarla razılaşmayan generalissimusun qızı illərdir hökumətlə mübarizə aparır. Bildirək ki, Franko 36 illik idarəçiliyi dövründə ölkədə müxalifəti yox etdi, iqtisadiyyatı çöküşdən qurtardı, eləcə də İspaniyaya krallıq idarəçiliyi gətirdi.

Yuqoslaviyanın kommunist lideri İosipa Broza Titonun rezidensiyası tarixə düşüb. Burada o, 1947-ci ildən 1979-cu ilə qədər yaşayıb. Özünün məşhur qonaqlarını - Sofi Loreni, Brejnevi bu rezidensiyada qəbul edib. Adada yerləşən malikanədə zooparkdan tutmuş bir dikatora nə lazımdırsa, varmış. Hətta deyilənlərə görə, qonşu ölkələrin rəhbərləri Titonun zəif damarını bildiyindən, ona fil, zürafə, yaquar hədiyyə ediblərmiş. Məsələn, hind filini ona Qandi hədiyyə veribmiş.

“Forbes” yazır ki, 1986-ci ildən Titonun varisləri bu əmlakı almaq uğrunda mübarizə aparırlar. Lakin hökumət onlara muzeyə çevrilən rezidensiyaya pulsuz bilet belə verməyi düşünmür.

Siyahının sonuncusu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin malikanəsidir. Hazırda bura korrupsiya muzeyi adlandırılır. Turistlər ora avtobuslarla çatdırılır.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR