Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq
Bizi izləyin

Digər

Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 2-də öz işinə başlayacaq.

Publika.az-ın "AzərTAc"a istinadən xəbərinə göeə, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Mətbuat katibi deyib ki, daxili nizamnaməyə əsasən yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilməli idi. Ancaq həmin tarix bazar gününə təsadüf etdiyindən sessiyanın ilk iclası sonrakı günə - fevralın 2-nə təyin olunub.

A.Təvəkküloğlu qeyd edib ki, artıq Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir. Məqsədəuyğun hesab edilən layihələr parlamentin müzakirəsinə tövsiyə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm