Ölkəyə quş əti, kərə yağı, kartof, avtomobil idxalı azalıb
Bizi izləyin

Digər

Ölkəyə quş əti, kərə yağı, kartof, avtomobil idxalı azalıb

Ötən bir ildə xarici ölkələrlə 28,8 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 20,7 milyard dollarlıq ixrac və 8,1 milyard dollarlıq idxal əməliyyatları aparılıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, 12,6 milyard dollarlıq müsbət saldo

yaranıb. 2013-cü ilin yanvar-noyabr aylarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 6,6 faiz azalıb.

Ticarət əlaqələrinin 90,8 faizi və ya 26,2 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, o cümlədən 47,9 faizi və ya 13,8 milyard dollarlıq hissəsi Avropa İttifaqı ölkələri ilə, 9,2 faizi, yaxud 2,6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib.

Bu ölkə qrupları ilə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 3,9 faiz və 27,5 faiz azalıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərə ixrac olunan malların dəyəri müqayisəli qiymətlərlə 0,5 faiz artıb. 19,9 milyard dollar həcmində məhsul göndərilib. MDB ölkələrinə ixrac olunan malların həcmi 39,2 faiz azalaraq 787,2 milyon dollar təşkil edib. İxracın 3,8 faizi MDB, 11,1 milyard dolları (53,4 faizi) Avropa İttifaqı ölkələri ilə, 8,8 milyard dolları (42,8 faizi) isə digər dövlətlərlə həyata keçirilib.

Ölkəyə idxal olunan malların 6,3 milyard dollarlığı MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil edilib. İdxalın 22,8 faizi və ya 1,8 milyard dolları MDB üzvü dövlətlərinin, 33,8 faizi və ya 2,7 milyard dolları Avropa İttifaqı ölkələrinin, 43,4 faizi və ya 3,6 milyard dolları isə digər dövlətlərin hesabına formalaşıb.

Yanvar-noyabr ayları ilə müqayisədə quş əti və əlavə ət məhsullarının idxalı 3,3 dəfə, kərə yağı, digər süd yağları və pastaları 16,1 faiz, kartof 2,4 dəfə, təzə tərəvəz 26,5 faiz, bitki yağları 8,6 faiz, xam şəkər və şəkər 8,2 faiz, mineral gübrələr 44,4 faiz, polad prokatı 2,3 faiz, məişət kondisionerləri 97,1 faiz, məişət soyuducuları 3,2 dəfə, paltaryuyan maşınlar 21,2 faiz, hesablama maşınları, blok və qurğuları 9,3 faiz, mebel 38,8 faiz artmış, mal əti 15,3 faiz, təzə meyvə 31,2 faiz, çay 9,9 faiz, buğda 18,9 faiz, sement klinkerləri və sement 21,2 faiz, polietilen 32,7 faiz, rezin şinlər 31,2 faiz, qara metallardan çubuqlar və armaturlar 19,6 faiz, qara metallardan künclüklər və şvellerlər 34 faiz, qara metallardan borular 52 faiz, avtobuslar 60 faiz, inik avtomobilləri 39,4 faiz, yük avtomobillərinin idxalı isə 37,5 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm