İqtisadiyyatımız 2,8 faiz artıb
Bizi izləyin

Digər

İqtisadiyyatımız 2,8 faiz artıb

Ötən il ölkədə ümumi daxili məhsul istehsalı 2013-cü illə müqayisədə 2.8 faiz artaraq 59 milyard manata çatıb.

Publika.az xəbər verir ki, əlavə dəyərin 41.5 faizi sənaye sahələrində, 12.5 faizi tikinti kompleksində, 5.3 faizi kənd təsərrüfatında, 4.5 faizi nəqliyyatda, 9.9 faizi ticarət və pullu xidmət sahələrində, 1.8 faizi rabitədə, 17.0 faizi digər sahələrdə istehsal olunub. Əhalinin hər nəfərinə 6264.1 manatlıq (7985.9 ABŞ dolları) əlavə dəyər yaranıb.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7 faiz artıb, neft sektorunda isə 2.9 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm