• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Davosda əsas hansı məsələlər müzakirə ediləcək?

  • Digər
  • 22 Yanvar 2015 12:50
  • 361 Baxış
Davosda əsas hansı məsələlər müzakirə ediləcək?

Bu gün İsveçrənin Davos qəsəbəsində Dünya İqtisadi Forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, bu il masaya yatırılacaq mövzulardan birinicisi Ebola epidemiyası, iqlim dəyişikliyi və inkişaf edən texnologiyalardır.

Forumda dünyanın qabaqda gələn iqtisadiyyatları arasında əsən soyuq küləyin yaratdığı təhdidlərə də diqqət yönələcək. Dünya İqtisadi Forumunun Ümumi Direktoru Lee Howell forum öncəsi deyib ki, problemlərin həlli istiqamətində çox yol qət edilməyib: "Yaxşılaşma əvəzinə hər şey pisləşməyə doğru gedir. Soyuq müharibədən 25 il sonra, bu yeni vəziyyətə alışmaq məcburiyyətindəyik. Bilinən tək şey var - dünya çoxqütblüdür. Problemlərin bitməyəcəyi dəqiqdir."

Nəzərə çatdıraq ki, Parisdəki terror səbəbiylə forumun təşkil edildiyi qəsəbədə təhlükəsizlik tədbirləri artırılıb. 40 ölkədən dövlət və hökumət başçısının daxil olduğu 2 min 500 nəfər qonağa ev sahibliyi ediləcək. Təşkilatçılar bu il forumda iştirakın rekord səviyyəyə çıxacağını proqnozlaşdırırlar.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR