Neft ucuzlaşdı, bədbin proqnozlar artdı
Bizi izləyin

Digər

Neft ucuzlaşdı, bədbin proqnozlar artdı

Dünya birjalarında neftin qiyməti yenidən azalmağa başlayıb. WTI markalı neft 45,06 dollar, Brent markalı neft 48,10 dollar olub.

Publika.az xəbər verir ki, WTI markalı 0.13 faiz, Brent markalı neft 0,12 faiz düşüb. Bu arada BP şirkətinin rəhbəri Robert Dadli hesab edir ki, yaxın illərdə neftin qiymətində əhəmiyyətli artım olmayacaq. Dünya neft nəhəngi BP növbəti 2-3 il üçün neftin bir barelinin qiymətini 50-60 dollar səviyyəsində proqnozlaşdırır. Bu barədə jurnalistlərə şirkətin prezidenti Bob Dadli Davos iqtisadi forumunda bildirib:

“Mən sənayedə işlədiyim vaxt ərzində 4-cü dəfədir ki, neft qiymətlərinin ciddi surətdə azalmasını müşahidə edirəm. Biz bilirik, nə edirik. Hesab edirəm ki, yaxın 2-3 il ərzində neftin bir barelinin qiymətini $ 50-60-dan hesablamalıyıq. Rosneft 2015-ci il üçün fəaliyyət planı hazırlayıb və biz bu planı çox əhəmiyyətli hesab edirik”.

"BP sanksiyalara baxmayaraq, Rusiyada öz investisiyalarına sadiq qalır və “Rosneft”də öz payımızı azaltmaq üçün heç bir planlarımız yoxdur",- deyə Dadli xəbər verib: “Biz ehtiyatlı olmalıyıq və sanksiyalar rejiminə uyğun işləliyirik və bu, bizə “Rosneft” ilə birgə bəzi layihələrdə işimizə və mənim “Rosneft”in direktorlar şurasında roluma mane olmur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm