Digər
Mərkəzi Bank faiz dərəcələrinin yüksək olması ilə bağlı dialoq aparır
“Mövcud qanunvericiliyə görə, faizlər müştəri ilə bank arasında tənzimlənir. Banklar faiz dərəcələrini müəyyən etməkdə tam sərbəstdirlər”.
Publika.az-ın xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, istehlak kreditləri yüksək faizlə verilir: “Çünki bu zaman heç bir təminat tələb edilmir. Bank üçün risk böyükdür. Beynəlxalq praktikada da kredit kartları ilə verilən kreditlərə yüksək faiz tətbiq olunur. Məsələn, bankların kredit portfelinin 70 faizini təşkil edən biznes kreditlərinin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağıdır -10-12 faiz”.
MB sədri deyib ki, istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasi ilə bağlı banklarla aktiv dialoq aparılır: “Bir sıra ölkələr var ki, orada faiz dərəcələrinin yuxarı həddi qanunvericiliklə tənzimlənir. Lakin həmin ölkələrdə depozit faizlərinin də yuxarı həddi müəyyənləşdirilir. Nəticədə vəsaitlər açıq bankçılıqdan gizli bankçılığa gedir. Sələmçilik ciddi problemdir. Biz bu bazarın iqtisadi yolla tənzimlənməsinin tərəfdarıyıq”.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...