Elman Rüstəmov: ”Ərzağın qiyməti düşəcək”
Bizi izləyin

Digər

Elman Rüstəmov: ”Ərzağın qiyməti düşəcək”

“Neftin qiymətinin 50 dollar olacağı şəraitdə Azərbaycanın tədiyyə balansı mənfi deyil, neytral qalacaq”

“İndiyə qədər neftin qiymətinin ucuzlaşma səbəbləri fərqli olub. 1998-ci ildə “qara qızıl” kəskin ucuzlaşaraq 10 dollardan aşağı düşdü. 2008-ci ildə 140 dollardan 44 dollar səviyyəsinə endi. Bunlar faktor baxımından fərqli səbəblərdən baş verib. Hər iki halda tələb faktoru rol oynamışdı. 2008-ci ildə baş verən ucuzlaşmadan 26 ay sonra neftin qiyməti 44 dollardan 100 dollara yüksəldi”.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Mərkəzi Bank sədri Elman Rüstəmov çıxış edib. O deyib ki, bu gün neftin qiymətinin düşməsi tələb təklif faktorunun birgə fəaliyyəti nəticəsində baş verir. “Dünyada neftə olan tələb azalıb. İqtisadçıların rəyinə əsasən neftin qiymətinin qalxmasının 3/2-si təkliflə bağlıdır. Gündəlik təklif 92,7 milyon bareldir,tələb isə 91,5 milyon bareldir.Təklif tələbi 1,2 milyon barel üstələyir. Bütövlükdə təklifin tələbdən üstün olması qiymətlərə təsir edir. Neft dünyada ən böyük biznesdir. Bazarda hansı paylar, qruplar qalacaq bunun üzərində ciddi mübarizə gedir”.

O həmçinin deyib ki, neftin ucuzlaşmasının qlobal iqtisadi artıma əhəmiyyətli təsiri olmayacaq: “Bu qlobal iqtisadi artımı 0,5 faiz artıra bilər. Neft ixracatçıları üçün bu təsir daha böyükdür”.

E.Rüstəmov neftin ucuzlaşması səbəbindən ərzağın qiymətinin düşməsini də istisna etməyib. Onun sözlərinə görə, ölkəyə inflyasiya idxalı zəifləyəcək.

Neftin gələcək qiyməti ilə bağlı proqnozlara gəlincə, E.Rüstəmov deyir ki, tələb təklif amillərinin özlərini necə aparacağı naməlumdur: “Proqnozlar 40-60 dollar arasındadır. Neftin qiymətinin 50 dollar olacağı şəraitdə Azərbaycanın tədiyyə balansı mənfi deyil, neytral qalacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm