• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadın qisası, 1 saatlıq klinik ölüm, 33 il yuxusuzluq və əbədi cavanlıq – İNANILMAZ HƏYAT SİRRİ

  • Digər
  • 28 Yanvar 2015 12:45
  • 2 137 Baxış
Qadın qisası, 1 saatlıq klinik ölüm, 33 il yuxusuzluq və əbədi cavanlıq – İNANILMAZ HƏYAT SİRRİ

Dünyada qeyri-adi həyat tərzi, görünüşü ilə fərqlənən insanlar çoxdur. Belaruslu Yakov Çiperoviç də belələrindəndir.

Publika.az-ın məlumatına görə, Yakov 1979-cu ilə qədər digərlərindən fərqlənməyib. Qadınların xoşuna gələn siması olub, yeyib-içməyi, gəzməyi, şənlənməyi xoşlayıb. Adi poçtalyon olsa da, ona gözü düşən qadınların sayı da kifayət qədər olub. Bu isə Yakovun həyat yoldaşını qıcıqlandırırmış. O, ərini dəli kimi qısqanıb.

Bir dəfə isə qısqanclıq pik həddə çatıb. Ərinin arvadbazlığı qadını hövsələdən çıxarıb. Yakov ya onun olmalıydı, ya da heç kimin.

Axşam yeməyi zamanı qadın planını həyata keçirib və Yakovun yeməyinə zəhər qatıb.

Qısqanc qadının intiqamı

Təcili yardım maşını Yakovu yarımcan halda xəstəxanaya çatdırıb. Xəstəni reanimasiyaya yerləşdiriblər. Onun mədəsi yuyulub təmizlənsə də, həkimlər sağ qalacağına təminat verməyiblər. Çünki vəziyyəti həddən artıq ağır olub.

Üstəlik, Yakov klinik ölüm də keçirib.

Adətən, klinik ölüm halı 3-4 dəqiqədən çox çəkmir. Çünki bu müddətdən sonra beyin hüceyrələri ölməyə başlayır. Maraqlıdır ki, Yakov bu vəziyyətdə düz bir saat qalıb və “o dünyadan” qayıda bilib. Lakin tamamilə başqa cür.

O deyir ki, xəstəxana palatasında huşsuz vəziyyətdə olanda özünü kənardan seyr edirmiş. Bunun necə baş verdiyini anlamır. Ancaq palatada huşsuz olduğu vaxt ətrafında baş verənlər dəqiqəsinə kimi yadındadır.

Ümumiyyətlə, sağalandan sonra Yakov başqa bir adama çevrilib.

Dəyişiklik

Çiperoviş deyir ki, komadan çıxıb gözlərini açanda hər şeyin dəyişdiyini hiss edib. Sanki başındakı fikirləri belə dəyişiblər. Beyni informasiya ilə dolu olub. Əvvəllər oxumadığı, heç vaxt öyrənmədiyi biliklərə, elmə sahiblənib. Başında hər gün yeni ideyalar yaranıb.

Yakovun bədəni heç bir xəsarət almayıb. Ancaq ilk vaxtlar hərəkət etməkdə çətinlik çəkib. Sanki ruhu başqasının bədəninə köçüb. Çətinliklə olsa da, bir müddət sonra yenidən bədənini idarə etməyi öyrənib.

Yavaş-yavaş sağalan və normal həyata qayıdan Yakovu bir şey də narahat edib. O, qətiyyən yata bilmirmiş. Düzdür, arada yorulsa da, azacıq dincələn kimi yenidən qüvvəsini bərpa edirmiş.

Yakov dəfələrlə çarpayıya uzanıb yatmağa cəhd edib. Amma heç nə alınmayıb. Hansısa qüvvə onu yatmağa qoymurmuş.

Sanki onun bədəninə əlavə enerji doldururmuşlar. Tədricən Yakov yorğunluq hissini birdəfəlik unudub. Nə qədər işləsə, gərgin çalışsa da, yorulmayıb.

Az keçmiş Yakovun əzələləri şişməyə, çəkisi isə artmağa başlayıb. Bədəninin relyefinə idmançılar belə həsəd apara bilərmişlər.

O, fiziki imkanlarının hansı həddə çatdığını yoxlamaq üçün sınaq keçirib. Təsəvvür etmək nə qədər çətin olsa da, Yakov turnikdə 10 min dəfə dartınıb, ancaq yenə də yorulmayıb. Yakov sanki biorobota çevrilib.

Əbədi cavan

Hazırda Yakov Çiperoviş Minskdə, ikinci həyat yoldaşı Karina və oğlu Aleksandrla yaşayır. 54 yaşlı Yakov insanlar arasına çıxmağı çox sevmir. Çünki insanlar onu görən kimi sorğu-suala tutur. Yakovun yaşıdlarının saçları tökülüb, üzləri qırışlarla örtülüb. Yəni, yaşlanırlar. Yakova isə heç 35 yaş vermək olmur.

O anlayır ki, hansısa qüvvə zəhərlənmədən sonra bədənini sanki konservləşdirib, qocalma prosesini “yaddan çıxarıb”. 33 ildir yatmayan Yakov əbədi cavanlıq əldə edib.

Alimlər uzun müddətdir Yakov Çiperoviçi izləyirlər. Amma onun cavan qalmasının sirrini aydınlaşdıra bilmirlər. O, adi insandır. Bircə fərq ondadır ki, başqa insanlardan fərqli olaraq, Yakovun bədəninin hərarəti 34 dərəcədən yuxarı qalxmır.

Yakov gələcək haqda danışmağı sevmir. Sanki onun üçün zaman dayanıb. Bununla belə, o, Belarus mətbuatına müsahibələrində 200 yaşa qədər ömür sürəcəyinə inandığını deyib.

İlqar Atabəyli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR