Rubl yenə komada, valyuta ehtiyatları tükənir - YENİLƏNİB
Bizi izləyin

Digər

Rubl yenə komada, valyuta ehtiyatları tükənir - YENİLƏNİB

Moskva birjasında dolların kursu son ayların maksimum həddinə qalxaraq 71,43 rubl təşkil edib. Avro isə 80 rublu keçib.

Publika.az xəbər verir ki, WTI markalı neft 44,51 dollara, Brent isə 48,93 dollara düşüb. Bu arada analitiklər yeni sanksiyalar gözləntisi səbəbindən dolların məzənnəsinin 71 rubla qədər qalxacağını açıqlayıblar.

Onu da qeyd edək ki, Rusiya üçün pis xəbər təkcə rublun məzənnəsinin düşməsi deyil. Ölkənin beynəlxalq ehtiyatları da azalıb. Ölkənin ehtiyatlarının ən yüksək həddi 08.08.2008-ci il tarixdə qeydə alınıb. Bu zaman da rəqəm 598,1 milyard dollar olub. İndi isə ehtiyatlar 378,1 milyarda dollara düşüb. Ehtiyatların həcmi ötən həftə 1,3 milyard dollar azalıb. Ekspertlər deyir ki, hazırda Rusiyanın beynəlxalq ehtiyatları 2007-ci il səviyyəsindədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm