Digər
“Standard and Poor’s” Azərbaycanın beynəlxalq kredit reytinqini “BBB -”də saxladı
“Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində “BBB-” saxladığını təsdiq edib.
Publika.az xəbər verir ki, “Standard and Poor’s”un hesabatında Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə olduğu göstərilir. Bildirilir ki, ölkənin xarici borc səviyyəsi xeyli aşağıdır. Qeyd olunur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar (current account) hesabında azalma etimalı olsa da, o nəticə etibarilə müsbət səviyyədə qalacaq.
Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində, Cənub Qaz Dəhlizi boru kəmərinin və “Şahdəniz II” qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edecəkdir.
Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilib. Reytinq agentliyi bunu dünyada neftin qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin, qabaqlayıcı tədbirlər atılmayacağı təqdirdə, mümkün zəyifləməsinə gətirib çıxara biləcəyi ilə izah edir.
Bu arada Azərbaycan MDB məkanında investisiya kredit reytinqini qoruyan iki ölkədən biri olaraq qalır. Bundan başqa, ölkəmiz “Moody’s” və “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliklərindən investisiya səviyyəli kredit reytinqlərinə malikdir.
İqtisadiyyat şöbəsi
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."