“DESFA-ya sahib olmaq risklər yaradır”- Açıqlama
Bizi izləyin

Digər

“DESFA-ya sahib olmaq risklər yaradır”- Açıqlama

Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanisin Dövlət Neft Şirkəti tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkənin operatoru DESFA-nın səhmlərinin alınmasına münasibət bildirməsi bu məsələni yenidən gündəmə gətirib.

Qeyd edək ki, nazir Yunanıstan hökumətinin Avropa Komissiyasının qərarını gözləyəcəyini və gələcək addımlarını müəyyən edəcəyini bildirib. O həmçinin DEPA şirkətinin özəlləşdirilməsi məsələsinə də toxunub: ”Maraqlı tərəfin kimliyindən asılı olmayaraq, biz DEPA-nı heç kimə satmayacağıq və özəlləşdirilməsinə imkan verməyəcəyik".

Xatırladaq ki, SOCAR 2013-cü ilin yayında Yunanıstanda keçirilən tenderin qalibi elan edilib. Bununla da DESFA-nın səhmlərinin 66%-nə sahib olub. Elə həmin ilin sentyabrında da müvafiq sənədlər imzalanıb.

Publika.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirdi ki, 2014-cü ilin ilk rübündə SOCAR idarəetmə funksiyasını həyata keçirməyə başlamalı idi: “Ancaq məsələ uzandı və bu günədək uzanır. Belə ki, işə Avropa Komissiyası qarışaraq müəyyən məsələlərin araşdırılmasını istəmişdi. Və belə görünür ki, hələ də bu araşdırma yekunlaşmayıb və son məlumatlara görə, cari rübün sonu və ya aprelin əvvəlinə qədər DESFA ilə bağlı rəy bildirilməlidir. Ancaq bu arada Yunanıstanda hakimiyyət dəyişdi və 2015-ci il başlar-başlamaz hökumətə radikal solçular gəldilər. Onların gəlişi ilə yunanlar daha da radikallaşmağa başlayıblar, indi onlar fikirləşir ki, az işləməklə də yaxşı yaşamaq olar. Yeni hökumət isə Avropa Mərkəzi Bankından və Beynəlxalq Valyuta Fondundan daha borc almaq istəmir. Maraqlıdır, onda nəyin hesabına və necə problemlərini həll edəcək? Bəlkə, rəğbət bəslədiyi Rusiya ilə işbirliyi hesabına? Amma artıq buna görə rəsmi Brüssel Afinanı xəbərdar edib”.

Ekspert Avropa mətbuatına istinadən bildirir ki, Yunanıstan 2008-2013-cü illərdə daim böhran vəziyyətində olub: “Ölkə iqtisadiyyatının düşmə səviyyəsi ayrı-ayrı illərdə 7%-ə çatıb. Bu illərdə vəziyyətdən çıxmaq üçün hökumət çoxlu borca girməli olmuşdu. Ancaq vəziyyəti heç cür düzəldə bilməyib. Nəticədə bu gün Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti 176% təşkil edir. Bu göstəriciyə görə Yunanıstan Avropada liderdir. Bundan sonra İtaliya gəlir – 131,4%. Qeyd edək ki, ən aşağı göstərici isə Estoniyadadır – 10,5%.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm