• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiyanın ən varlı məmur ailəsi açıqlandı

  • Digər
  • 3 Fevral 2015 16:12
  • 1 634 Baxış
Rusiyanın ən varlı məmur ailəsi açıqlandı

Rusiya məmurları gəlirlərinin deklarasiyasını təqdim ediblər. Yenə də Kreml və Ağ Evin ən varlı ailəsi baş nazirin müavini İqor Şuvalov və həyat yoldaşı olub.

Publika.az “Forbes”ə istinadən bildirir ki, ailənin gəliri 478,132 milyon rubldur. Məmurun özünün gəliri təkcə 240,978 milyon rubl təşkil edib.

İkinci yerdə nazir Mixail Abızov gəlir. Ailənin gəliri 283,250 milyon rubldır. Qeyd edək ki, ötən il nazirin sərvətinin həcmi 1,25 milyard dollar miqdarında dəyərləndirilib.

Üçüncü sırada baş nazirin müavini Yuriy Trutnev gəlir. Ailənin gəliri 156,461 milyon rubldır.

Sənaye və ticarət naziri Denis Manturov dördüncü sırada yer alır. Ailənin gəliri 109,453 milyon rubldır.

Beşinci sırada mədəniyyət naziri Vladimir Mediniskiy gəlir. 97,170 milyon rubldır.

Maraqlıdır ki, Rusiya məmurları arasında ən az gəlir maliyyə naziri – Anton Siluanov əldə edir. Nazir gəlirlərinin deklarasiyası zamanı ailəsinin qazancını 41,212 miyon rubl göstərib.Diqqəti çəkən nazirin sərəncamındakı motosikletlərdir. Bu nəqliyyat vasitəsinin həvəskarı olan nazirin qarajında “MW R 1200 GS “ və “ K 1600 GTL”, “Harley-Davidson FLSTC 103 ANV” motosiklet modelləri var.

Bu arada bildirək ki, prezidentin müşaviri Sergey Qriqorov da motosiklet həvəskarıdır. Onun kolleksiyasına "Yava-350", "Royal Enfield Bullat", "Black Douglas" və "Harley-Davidson FLSTC" motosikletləri daxildir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR