Digər
Bazara səpilən dollarlar – Moskva çarəsizdir
Xəbər verdiyimiz kimi, Rusiyanın valyuta ehtiyatları kəskin şəkildə azalmağa başlayıb. Ehtiyatların həcmi təkcə yanvar ayının bir həftəsində 1,3 milyard dollar azalıb.
Publika.az xəbər verir ki, Rusiyanın beynəlxalq valyuta ehtiyatlarının ən yüksək səviyyəsi 598,1 milyard dollar olub. Hazırda ölkənin ehtiyatları 2007-ci il səviyyəsinə düşüb. Valyuta ehtiyatlarının azalması, bununla paralel pul vahidininn dəyərsizləşməsi ölkə iqtisadiyyatı ilə bağlı proqnozları bədbinləşdirib. Hər kəsi Rusiya rublunun gələcək taleyi, eləcə də valyuta ehtiyatlarının hansı həddə qədər azalacağı maraqlandırır.
İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, rublun məzənnəsində kəskin azalmanın qarşısını almaq üçün Rəsmi Kreml bazara hər gün 1 milyard dollar vəsait intervensiya edir: ”Hazırda Rusiya bazardan rubl alıb, əvəzində dollar çıxarır. Halbuki sanksiyalardan öncə tamamilə fərqli mənzərə hakim idi. Sanksiyalar, ümumi daxili məhsuldakı azalma, o cümlədən investisiyaların iqtisadiyyatı tərk etməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının, həmçinin dövlətin rezervlərinin azalmasına gətirib çıxarıb. Bu azalmanın növbəti mərhələdə də azalacağı proqnozlaşdırılır”.
İqtisadçı-eskpert deyir ki, Rusiya iqtisadiyyatını stabilləşdirmək üçün valyuta ehtiyatlarını xərcləməkdə davam edəcək: “Rublun məzənnəsi Rusiya üçün əhəmiyyətlidir. Bu istiqamətdə aparılan təhlillər göstərir ki, bunda sanksiyaların, eyni zamanda neftin dünya bazar qiymətinin düşməsi nəticəsində daxilolmaların azalmasının rolu böyük olub. Amma rublun məzənnəsinin zəifləməsindən istifadə edən hökumət müəyyən kəsirlərini də bağlayıb. “Rosneft”in rublla aldığı kreditlərin, eləcə də Federal Büdcənin müəyyən kəsirlərinin bağlanması buna misaldır. Bu baxımdan 2015-ci ildə 2014-cü illə müqayisədə rublun məzənnəsində ucuzlaşmanın az olacağı proqnozlaşdırılır. Güman edilir ki, azalma tempi ötən ilə nisbətən zəifləyəcək. Bu da onunla bağlıdır ki, məzənnədə azalmanı şərtləndirən daxili səbəblər artıq elə də aktiv hesab edilmir”.
V.Bayramov deyir ki, rubl zəiflədikcə Rusiyada istehsal edilən mallar ucuzlaşır. Eləcə də ölkənin ixrac potensialı artır: “O baxımdan valyuta ehtiyatlarından fərqli olaraq, rublun məzənnəsi ilə bağlı proqnozlar nisbətən nikbindir. Amma bu heç də 2015-ci ildə Rusiya iqtisadiyyatının dirçələcəyi anlamına gəlməməlidir”.
Məlum olur ki, müəyyən müddət sonra rus valyutasının dəyərsizləşməsində inkişaf etmiş ölkələr də maraqlı olmayacaq. Belə ki, bu, rus mallarının region, eləcə də dünya bazarında payının artmasına gətirib çıxaracaq.
İqtisadiyyat şöbəsi
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov