“Morgan Stanley” Rusiyanın ÜDM üzrə proqnozunu pisləşdirdi
Bizi izləyin

Digər

“Morgan Stanley” Rusiyanın ÜDM üzrə proqnozunu pisləşdirdi

Amerikanın “Morgan Stanley” sərmayə bankı Rusiyanın ÜDM proqnozunu pisləşdirib. 2015-ci ildə iqtisadi azalmanı 5.6% (əvvəlki proqnoz -3.9%), 2016-cı ildə isə 2.5% (əvvəlki proqnoz 0.8%) proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, “Morgan Stanley” bankının analitiki Alina Slyusarçuk Rusiyada resessiyanın 2009-cu ildəki iqtisadi böhrandan sonrakı sürətli iqtisadi bərpadan fərqli olaraq daha uzun çəkəcəyini bildirib. Bankın proqnozuna görə, 2015-ci ildə neftin bir barelinin orta qiyməti 55 dollar, 2016-cı ildə isə 64 dollar təşkil edəcək.

Bundan başqa, ”Morgan Stanley” bankı ekspertləri qeyd edirlər ki, Rusiyaya yeni sanksiyaların tətbiqi və həmçinin Rusiyada sərmayə axınına qadağa riskini istisna etmir.

Sərmayə bankı həmçinin hesab edir ki, dolların kursu 2015-ci ilin sonuna 72 rubl səviyyəsində qalacaq və Rusiya Mərkəzi Bankı ilin birinci yarısı ərzində yüksək faiz dərəcələrini saxlayacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm