• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

205,2 min daşınmaz əmlak qeydə alınıb

  • Digər
  • 4 Fevral 2015 17:26
  • 468 Baxış
205,2 min daşınmaz əmlak qeydə alınıb

Ötən il Azərbaycanda daşınmaz əmlakının qeydiyyatı üzrə 205,2 min əməliyyat həyata keçirilib. Bu, əvvəlki ildəkindən 15,8% çoxdur.

Publika.az-a bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Fəallığın artımı vətəndaşların bu xidmətlərə çıxışının asanlaşması (təkrar daşınmaz əmlak üzrə “ASAN Xidmət”, ucqar yerlərdə qeydiyyat üçün avtomobillərdən istifadə) ilə yanaşı, dövlət üçün əmlak alınması və daşınmaz əmlaka investisiya marağı ilə bağlıdır.

Ötən il daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə əməliyyatlar rekord səviyyəyə çatıb – 57 950. Bu, əvvəlki ildəkindən 16,5% çoxdur. Bu dövrdə daşınmaz əmlakının alqı-satqısı 15,5% artıb. İl ərzində 147,2 min mənzil, şəxsi ev, qeyri-yaşayış obyekti və s. satılıb.

Onu da bildirək ki, ekspertlər bu il daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatının sürətlənəcəyini hesab edirlər. Yanvarın 13-də dövlət başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, qanun qüvvəyə minənə kimi (2001-ci il) daşınmaz əmlak obyektinin tikintisi üçün bir qanuni sənəd olarsa, qeydiyyat orqanı mülkiyyəti təsdiq edən sənəd verir. Ölkə parlamentinə fiziki şəxslərin icazəsiz tikilən obyektlərinin qanuniləşdirilməsini nəzərdə tutan sənəd daxil olub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR