Obama və kralın neft siyasəti – Tələyə düşən ayı
Bizi izləyin

Digər

Obama və kralın neft siyasəti – Tələyə düşən ayı

Dünya birjasında “WTI” markalı neftin qiyməti 49,88, “Brent” markalı neft isə 55,40 dollar təşkil edir. Onu da bildirək ki, son 10 gündə neftin qiyməti OPEK və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına adekvat olaraq gah düşdü, gah da qalxdı. Bazar o qədər qeyri-sabitdir ki, hətta Minsk danışıqlarının nəticəsindən asılı olaraq neftin gələcək qiymətinin müəyyənləşəcəyi versiyası belə irəli sürülür.

Neft bir də 100 dollar olmayacaq

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında Beynəlxalq Enerji Agentliyinin yaxın 5 ildə neftin orta qiymətinin 73 dollardan yuxarı qalxmayacağını irəli sürdüyünü bildirdi: “Ən əsası hesabatda 2020-ci ilə qədər sanksiyaların fonunda Rusiyanın gündəlik hasilatının 10,5 milyon bareldən 550 min barelə düşəcəyi qeyd edilir”.

İ.Şaban deyir ki, qiymətləndirmə şirkətləri neftin dəyərinin bundan sonra 100 dollar olacağını istisna edirlər. İqtisadçı onu da bildirir ki, Donetsk, Luqanskda gedən əməliyyatlar neftin qiymətinə təsir etmir. Onun sözlərinə görə, dünyada neftin qiymətinə təsir edən amil Amerika və Səudiyyə Ərəbistanıdır:” 2014-cü ilin nəticələrinə görə, Rusiya dünyanın ən böyük neft hasilatçıları siyahısında 3-cü yeri tutur. Rusiya şirkətləri göstərilən dövrdə gündə 10.6 milyon barel neft hasil ediblər. Birinci yeri ilin nəticələrinə görə, 12.4 milyon barel neft hasil edən ABŞ tutub. Səudiyyə Ərəbistanı 11.6 milyon barel neft hasilatı ilə ikinci yerdədir. 2013-cü ildə bu ərəb dövləti neft hasilatına görə birinci yeri tuturdu”.

İqtisadçının sözlərinə görə, 2014-cü ildə Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2013-cü illə müqayisədə 11.3% azalaraq 153.878 milyard dollar təşkil edib: “2014-cü ilin yanvar-dekabrında Rusiya 2013-cü ilin analoji dövrünün 236.615 milyon tonuna qarşı 223.415 milyon ton neft ixrac olunub. Ötən ilin 12 ayı ərzində Rusiyanın uzaq xaricə xam neft ixracı 4.2% azalaraq – 199,270 milyon ton təşkil edib. Pul baxımından, tədarükün həcmi 145,575 milyard dollar olub. MDB ölkələrinə neft ixracı 15.7% azalaraq 24.145 milyon ton, pul baxımından isə 8.303 milyard dollar təşkil edib. Uzaq xaricə bu dövrdə 108.975 milyard dollar məbləğində 155.193 milyon ton neft məhsulları, o cümlədən 1.822 milyard dollar məbləğində 2.062 milyon ton benzin, 38.3 milyard dollar məbləğində 44.2 milyon ton dizel yanacağı ixrac edilib”.

Şirkətlər nə qədər zərərə düşür?

Məsələnin bir başqa tərəfi isə neftin qiymətinin 60 dollardan aşağı olmasının istehsalçı şirkətlərin mənfəətinə ciddi təsir etməsidir. Konkret olaraq, xam neftin qiymətinin ucuzlaşması ingilis şirkəti “bp”-yə mənfi təsir edib. Şirkətin 2014-cü ildəki xalis mənfəətində 1/6 nisbətində azalma baş verib. Bundan əlavə, ingilis şirkəti xam neftin qiymətindəki enişi səbəb göstərərək, 2015-ci ildə planlaşdırdığı sərmayələrdə 4-6 milyard avroluq ixtisara gedib.

2014-cü ilin dördüncü rübünün nəticələinə görə, BP şirkəti 4.407 milyard dollar dəyərində zərərə düşüb. Neft şirkətinin oktyabr-dekabrda gəliri 95.096 milyard dollardan 75.096 milyarda qədər azalıb.

Norveçin “Statoil ASA” şirkətinin də xalis mənfəəti ötən il 2013-cü il ilə müqayisədə 45% azalaraq 21,9 milyard Norveç kronu (2,88 milyard dollar) təşkil edib. Bir adi səhmə düşən gəlir 12,5 kron (2.01 dollar) olub. Şirkətin il ərzində gəliri 1.58% azalaraq 606,8 milyard avroya qədər (79.91 milyard dollar) azalıb. Habelə,dördüncü rübdə şirkətin xalis zərəri 2013-cü ilin 14.8 milyard kronuna qarşı 8,9 milyard norveç kronu (1.17 milyard dollar) olub. Bir adi səhmə düşən gəlirin zərəri 2.80 kron təşkil edib.

Amerikanın neft-qaz nəhəngi “ExxonMobil”in isə xalis mənfəəti ötən illin 2013-cü ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 32.52 milyard dollar təşkil edib. Bir adi səhmə düşən gəlir ötən illə müayisədə 7.37 dollara qarşı 7.6 dollar olub.

Şirkətin gəliri 6% azalaraq 411.94 milyard təşkil edib. Dördüncü rübdə şirkətin xalis mənfəəti 21% azalaraq 6.57 milyard dollar olub. Bir adi səhmə düşən gəlir 1.56 dollar olub. Şirkətin rüblük gəliri 87.276 milyard dollar təşkil edib (1.27 dəfə azalma).

“Chevron” şirkətinin xalis mənfəəti 2014-cü ildə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 10.17% azalaraq 19.24 milyard dollar oluib. Şirkətin gəliri 7.3% düşərək 211.97 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 2013-cü ildəki 11.18 dollara qarşı 10.21 dollar təşkil edib. 4-cü rübdə şirkətin xalis gəliri 3.47 milyard dollar təşkil edib ki,bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 29% azalma deməkdir. Bir adi səhmə düşən gəlir 1.86 dollar təşkil edib. Şirkətin gəliri 18% azalaraq 46,08 milyard dollar olub.

Amerikanın 3-cü ən böyük neft-qaz şirkəti “ConocoPhillips” 2014-cü ilin 3-cü rübündə 2013-cü ilin analoji dövrünün 2,487 milyard dolları ilə müqayisədə 39 milyon dollar zərər əldə edib. Zərərə səbəb kimi isə neft hasilatının artmasının qiymətlərin düşməsini kompensasiya edə bilməməsi göstərilib. Korrektə edilmiş mənfəət bir adi səhmə 0,6 dollar olub.

Liviyadakı neft istehsalı istisna olmaqla hasilat gündə 1.567 milyon barel neft ekvivalenti olub ki, bu da ötən ilin ikinci rübündəki göstəricidən 96 min barel çoxdur. 2014-cü ilin nəticələrinə görə ConocoPhillips şirkətinin xalis mənfəəti 255 azalaraq 6,9 milyard dollar olub.

Britaniya-Hollandiya neft şirkəti Royal Dutch Shell-in məfəəti 2014-cü ilin IV rübündə 15.4% azalaraq 92,374 milyard dollar təşkil edib. Hesabat dövründə şirkətin hasilatı gündə 3.21 milyon barel təşkil edib.

Yeri gəlmişkən, “Shell” növbəti 3 il ərzində kapital xərclərini 15 milyard dollar azaltmağı düşünür.

Azərbaycandakı neft şirkətlərinin vergi ödənişləri azalıb

Neftin qiymətinin düşməsi Azərbaycanın dövlət büdcəsinə də təsir edib. Bu təsir ölkədə fəaliyyət göstərən neft şirkətlərinin vergi ödənişləri vasitəsilə olub. Belə ki, 2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xəttilə daxilolamalar ötən ilin yanvarına nisbətən 94.5 milyon manat və ya 12.1% azalaraq 685.9 milyon manat təşkil edib. Azalma neft şirkətlərinin (xarici neft şirkətləri və SOCAR birlikdə) vergi ödənişlərinin 108.3 milyon manat (24.1%) azalması hesabına baş verib. Bu ilin yanvarında neft sektoru büdcəyə 341.2 milyon manat vergi ödəyib (ötən ilin yanvarında isə 449.5 milyon manat ödəmişdi).
İlk ayın nəticələrinə görə, qeyri-neft sektorunun vergiləri isə təxminən 14 milyon manat artaraq 344.7 milyon manata çatıb. Güründüyü kimi, neft sektorundan itirilən vergilərin təxminən 15%-ni qeyri-neft sektoru kompensasiya edə bilib.

İ.Şaban bu məsələyə də toxunaraq bildirdi ki, yanvar ayında Brent markalı neftin qiyməti 49 dollar təşkil edib. “Azərilayt” Brent markalı neftdən baha satılır. Təxminən bu rəqəm 80 dollar təşkil edib. Bu baxımdan yanvar ayında qiymət aşağı olub. Yəni heç kəs 2015-ci ilin əvvəlində belə aşağı qiymət gözləmirdi. Nəzərə alsaq ki, Azərbaycanın orta xam neft ixracı 700 min bareldir. Neft 53 dollara satılıbsa, səhəri gün 52 dollar təşkil edibsə, artıq ziyanımız hər bareldə 700 min dollardır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm