• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin onu adi idman müəllimindən milyarderə çevirdi – Sanksiyalar qurbanı Rotenberq

  • Digər
  • 14 Fevral 2015 11:40
  • 2 053 Baxış
Putin onu adi idman müəllimindən milyarderə çevirdi – Sanksiyalar qurbanı Rotenberq

Onun Avropaya girişi qadağan edilib. İtaliyanın maliyyə qurumları isə ötən ilin yayında ona məxsus 30 milyon dəyərində aktivi dondurdu. Deyilənə görə, biznesində uğuru məhz Vladimir Putinlə tanışlıqdan sonra qazanıb. Amma özü kapitalının uzun illərin əməyinin nəticəsi olduğunu deyir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində iş adamı Arkadi Rotenberqin həyat hekayəsini təqdim edir.

Arkadi Rotenberq 1951-ci ildə Leninqradda (hazırkı Sankt Peterburq) anadan olub. 12 yaşından idmanla maraqlanan Arkadi sambo və cüdo ilə məşğul olub. Məhz belə qrupların birində də Rusiyanın hazırkı prezidenti Vladimir Putinlə tanış olublar. Elə o zamandan da dostlaşıblar.

Rotenberq 1978-ci ildə Leninqrad Bədən Tərbiyəsi İnstitutunu bitirir. Bu zaman artıq evil idi və bir oğlu vardı. Ali təhsilini bitirəndən sonra əvvəlcə bədən tərbiyə müəllimi, növbəti mərhələdə idman məktəbinin direktoru işləyir. Paralel olaraq, cudo məşqlərini də ertələmədiyindən, nəticədə, cəmiyyətdə Putinin məşqçisi kimi tanınır.

1998-ci ildə Rotenberq “Yavara-Neva” idman klubunun baş direktoru olur. Bu klubun prezidenti Vladimir Putin idi.

Bank biznesi

15 il idmanla məşğul olan Arkadi Rotenberq paralel olaraq özünə biznes qurmağı bacarır. Bir sıra şirkətlərin təsisçi və həmtəsisçisi olur. Bu sıraya "Baltic Business Partners” ASC, “Firmi Qrant”, “Rotna” firması, təhlükəsizlik şirkəti “Şild”i daxil etmək olar. 2001-ci ildə Rotenberq “Severnıy morskoy put” (SMP) bankının səhmdarlarından biri olur. Bir müddət sonra qardaşı Boris Rotenberq də bankın səhmdarına çevrilir. 2004-cü ildə Arkadiy Rotenberq bankın idarə heyətinin sədri olur. Bundan başqa, 2002-ci ildə qardaşlar "Ticarət Əməkdaşlıq Beynəlxalq Bankı"nda əhəmiyyətli bir pay əldə edirlər. “SMP” və “MBTS” bankları vasitəsilə “Rosspirtproma”nın (spirt məhsullarının istehsalı, saxlanması) maliyyə əməliyyatları icra olunurdu.

Qaz biznesi, dövlət layihələri

Hələ 2000-ci illərin ortalarında Arkadi və Boris qaz infrastrukturu ilə bağlı bazar əməliyyatları icra edirdilər. Artıq 2008-ci ilin yayında “Qazprom”un 5 tikinti strukturu Arkadi Rotenberqin nəzarətində idi. Bu şirkətlərin əsasında “Stroyqazmontaj” yaradılmışdı. 2008-2009-cu illədə “SMP” bank çoxsaylı kommersiya məqsədli daşınmaz əmlak alır. Bundan əlavə “Samoxval”, “Qrossmart” supermarketlərini, “Masterdent” klinikasını açır. 2010-cu ildə Rontenberq "Şimali Avropa Boru Layihəsi" şirkətində 76 faiz paya sahiblənir. 2010-cu ildə onun biznesinə tikinti sektoru da daxil olur. O, yol tikintisi ilə məşğul olan şirkəti - “Mostotrest”i də almağı bacarır. Həmin ildə iş adamı 2014-ci ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarına hazırlıqlarla bağlı dövət layihələrini də almağa başlayır. Ximkinskiy meşəsi ilə Moskva-Sankt-Peterburq avtomobil yolunu inşa edir.

Kapitalı

Son qiymətləndirmələrə əsasən milyarderin “Stroyqazmontajda” 51 faiz, “Mostotrest”də 26,4 faiz, “Mineralnıe udobreniya”da 79,4 faiz, “SMP” Bankda 37,3 faiz payı var. Son 9 ildə Rotenberqin şirkəti 1 trilyon rubl dəyərində dövlət sifarişi alıb.

“Forbes”də

A.Rotenberq 2010-cu ildən “Forbes”in siyahısındadır. Həmin ildə o, 200 varlı iş adamının arasında 0,7 milyard dollar sərvəti ilə 99-cu sırada idi. 2011-ci ildə iş adamının sərvəti 1,1 milyard dollar, 2012-ci ildə 1 milyard, 2013-cü ildə 3,3 milyard, 2014-cü ildə 4 milyard dollar olub. Milyarderin sərvəti Qərbin onu sanksiya siyahısına daxil etməsinə baxmayaraq artıb. Belə ki, 2014-cü ilin 20 martında ABŞ prezidentinin imzaladığı fərmana əsasən Arkadi Rotenberqin adı qara siyahıya daxil edildi. İyulun 30-da isə Avropa Birliyi iş adamına sanksiya tətbiqinə dair qərar verdi. 24 sentyabrda da İtaliya onun əmlakına həbs qoydu. Bu siyahıya Romada elit otellər şəbəkəsi “Berg Luxury”, Kalyaridə villa, Villasimiusda villa, Tarkvinidə villa, Arzakenedə 2 villa Kiprdə qeydiyyatdan keçən iki şirkət – “Olpon Investment Limited” və “Aurora” daxil idi. “Reuters”in yazdlğına görə, həbs qoyulan əmlakların ümumi dəyəri 30 milyon avrodur. Bu arada Rotenberqin Putinin dostu olması burada da dadına gəlib. Duma “Rotenberq qanunu” adlı qondarma qanun qəbul edərək Rusiya vətəndaşlarının müsadirə edilən əmlakları ilə bağlı itkiləri büdcədən ödəməyi üzərinə götürüb.

Ailəsi

Rotenberq 2 dəfə evli olub. Bu evliliklər ona ucuz başa gəlməyib. Natali ilə 2013-cü ildə boşanan biznesmen ona böyük həcmdə pul ödəyir.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR