• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Manatın dollardan asılılığı ləğv edildi - Mərkəzi Bankdan mühüm QƏRAR

  • Digər
  • 16 Fevral 2015 11:56
  • 3 214 Baxış
Manatın dollardan asılılığı ləğv edildi - Mərkəzi Bankdan mühüm QƏRAR

Mərkəzi Bank manatın məzənnəsinin dollara nəzərən müəyyənləşməsindən imtina etdi.

Mərkəzi Bank manatın yalnız dollara kross-kurs olmasından imtina etdi. Belə ki, bank bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Bunun səbəbi də neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına neqativ təsir etməsidir.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir".

Qeyd edək ki, Mərkəzi Bank sədri Elman Rüstəmov xarici mətbuata müsahibəsində fiskal və monetar siyasəti tənzimləmək üçün manatın dollar asılılığının ləğvinə gediləcəyin bildirmişdi. Lakin zaman açıqlamamışdı. O həmçinin qeyd edib ki, çevik məzənnə siyəsətinə keçmək vacibdir: “Monetar və fiskal siyasətdə düzəlişlər olunmalı, çevik məzənnə və hədəflənən inflyasiya rejiminə keçid edilməlidir”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR